“Ən çox müraciət edən şəxslər xanım tələbələrdir”
AzEdu.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev deyib.
O, qeyd edib ki, 1603 nəfər xanım kredit almaq üçün müraciət edib:
“Bu bizim üçün çox sevindirici haldır. Əsasən, ali təhsil pilləsi üzrə müraciət qeydə alınıb. Peşə təhsili üzrə isə müəyyən qədər azlıq təşkil edir”.