MİQ-də edilən dəyişikliklərdə əsasən,namizədlərin əvvəlki illərdə narazılıqlarını bildirkləri mövzular nəzərə alınaraq həyata keçirilib.
AzEdu.az xəbər verir ki,bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı "ilə bağlı brifinqində deyib.
"MİQ-də iştirak edən namizədlər vaxt azlığından şikayətlənirdilər.Bu səbəblə imtahan vaxtı 30 dəqiqə artırıldı. Eyni zamanda sualların əsasən müəllimlərin öz fənn ixtisaslarına uyğun verilməsinin arzuolunan olduğu qeyd olunurdu,bu amili də nəzərə aldıq".