Azedu.az

Qazaxda bıçaqlanan şagird hazırda əməliyyat olunur-RTŞ-dən CAVAB  

31 Yanvar 2022, 13:24
Qazaxda bıçaqlanan şagird hazırda əməliyyat olunur-RTŞ-dən CAVAB  

 

“Bıçaq şagirdin sol döş nahiyəsinə toxunub, hazırda əməliyyat olunur”.

 

Bu barədə  AzEdu.az-a  Qazax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

 

Belə ki, 31.01.2022- ci il tarixdə 3-cü  ilə 4- cü dərs saatı arasında tənəffüsdə zamanı saat 10:30 radələrində Qazax şəhər S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin 11- ci sinif şagirdi Yolçuyev Yunis Xəqani oğlu (01.08.2005) məktəbin 10- cu sinif şagirdi Vəliyev Qaraca Namiq oğlu (10.03.2006) tərəfindən bıçaqla vurulub.  

 

İlkin məlumata görə bıçaq şagirdin sol döş nahiyəsinə toxunub, hazırda əməliyyat olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox