“Ümumiyyətlə Azərbaycan Milli Elmlər Akademiyası lazımsız bir qurumdur, özünü doğrultmur”
Bu fikirləri AzEdu.az-a açıqlamasında siyasətçi, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.
Sədr AMEA -rəhbərliyinin dəyişməsinin zəruriliyini vurğulayıb:
"Rəhbərliyin yenilənməməsi ziyalı təbəqənin ölkədə nüfuzuna xələl gətirir. Bir addım atılmasa akademiyanın gələcək fəaliyyəti ürəkaçan görünmür”.
O ümumilikdə Akademiyanın fəaliyyətini sərt tənqid edərək, bu qurumun özünü doğrultmadığını bildirib:
“Ümumiyyətlə, Azərbaycan Milli Elmlər Akademiyası lazımsız bir qurumdur, özünü doğrultmur. Onun əvəzində müəyyən qurumlar, fərdi institutlar fəaliyyət göstərməlidir və bununla da biz kifayətlənməliyik. Dövlət büdcəsindən AMEA-ya kifayət qədər pul ayrılır, ancaq bu qurum özünü doğrultmur. Eyni zamanda yaşı yüksək olan işçiləri burada birləşdirməklə də nəyəsə nail olmaq mümkün deyil”.