Əmək şəraitinin ağır və zərərliyinə görə müəllimlərin əməkhaqqına əlavələr olunur.
AzEdu.az həmin əlavələri təqdim edir:
Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq, sahillə quru yol əlaqəsi olduqda:
- 1 müəllim stavkasının 40%-i quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər
- 1 müəllim stavkasının 50%-i;
- 0,5-70 km-ə qədər - 1 müəllim stavkasının 65%-i;
- 70 km-dən çox - 1 müəllim stavkasının 75%-i.
Susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən müəssisə, idarə, təşkilatlar:
- 20-40 km - Ümumi dərs yükünün 20%-i;
- 40 km-dən çox - Ümumi dərs yükünün 40%-i;
Dəniz səviyyəsindən hündürlükdə yerləşəməsinə görə:
-1200-1500 metr - Ümumi dərs yükünün 10%-i;
-1500-2000 metr - Ümumi dərs yükünün 20%-i;
-2000 metrdən yuxarı - Ümumi dərs yükünün 30%-i.