“Ali təhsil müəssisələrində 33 min təhsil işçisindən 16 min nəfər hər iki dozanı, birinci dozanı isə 20 min nəfər qəbul edib”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil işçilərinin vaksinasiya ilə bağlı canlı yayımda deyib.
“Peşə təhsili müəssisələri üzrə 4 min 400 nəfərin 3 min 451 nəfər birinci doza, 3 min 38 nəfər isə hər iki doza peyvənd olunub”- deyə, o bildirib.