Təhsil naziri Emin Əmrullayev jurnalistləri mətbuat günü ilə bağlı təbrik edib.
AzEdu.az xəbər verir ki, o, şəxsi sosial media hesablarında media nümayəndələrinə arzularını çatdırıb.
"22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm. Şərəfli peşələrində mətbuatın əsas prinsiplərini hər zaman qoruyan media işçilərinə peşəkar fəaliyyətlərində uğurlar arzulayıram".