AzEdu.az MİQ-ə hazırlaşan namizədləri maraqlandıran sualları və onların cavablarını təqdim etməkdə davam edir:
Bunlardan biri də yerdəyişmədə iştirak edən şəxslərin MİQ-ə qatıla bilib-bilməməsi ilə bağlıdır.
SUAL: Cari ildə keçirilən yerdəyişmə müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?
CAVAB: 2021-2022-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.