Azedu.az

Emin Əmrullayev:”Bölgələrdə risk olarsa, distant təhsilə keçiləcək\"  

3 Aprel 2021, 16:42
Emin Əmrullayev:”Bölgələrdə risk olarsa, distant təhsilə keçiləcək\

 

"Statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan facebooj canlı yayımda deyib.

 

O,qeyd edib ki, bir çox rayonlarda gündəlik yoluxma 3-5 aralığında olur:

 

“Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox