Təhsil Nazirliyi V qrant müsabiqənin hansı tarixdə keçiriləcəyini açıqlayıb.
AzEdu.az xəbər verir ki, layihə təkliflərinin qəbulu mart ayının 1-i başlayır və bu proses 4 mart tarixində yekunlaşacaq.
V qrant müsabiqənin texniki ekspertiza mərhələsi martın 1-dən 15-nə kimi davam edəcək. Məzmun ekspertizası isə aprelin 1-dən start götürəcək və iki ay davam edəcək.
Qeyd edək ki, qaliblərin elan edilməsi məzmun ekspertizasından və layihələrin sayından aslıdır.