Dekabr ayından etibarən MİQ üzrə onlayn müsahibələrin mərhələli şəkildə keçirilməsinə başlanılıb.
AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi keçiriləcəkdir.
Müsahibələr keçirilməmişdən əvvəl müvafiq qaydalar və tarix barədə Təhsil Nazirliyinin internet səhifəsində, İnsan resursları mərkəzinin rəsmi facebook səhifəsində və kütləvi informasiya vasitələrində məlumat veriləcək.