“2020-ci ildə heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan müəllimləri bir həftəyə 6 milyon onlayn dərs keçə bilər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsi zamanı söyləyib.
O, təhsil ictimaiyyətinin onlayn tədrisə uyğunlaşmasından söz açıb:
“Yanvar ayında Azərbaycan müəllimləri bir həftə ərzində 6 milyon onlayn dərs tədris edib. Bu dərslərdə 1 milyondan artıq şagird iştirak edib. Texnologiyanın sürətli inkişafı olmasaydı, bu, heç zaman münkün olmazdı. Məqsədyönsüz internetdən istifadə şagird nailiyyətlərini irəli aparmır. Onlar internetdən lazımlı şəkildə istifadə etməlidir”.