Azedu.az

“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq  

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

5 Fevral 2021, 17:32
“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq  

Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsində qalib gələn layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir.

 

Layihənin rəhbəri Nigar Hüseynzadə AzEdu.az-a məlumat verib ki, layihə xüsusi karantin rejimi ilə əlaqədar olaraq onlayn formatda icra olunur. Layihə çərçivəsində müəllim və valideynlər üçün təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərdə müəllim və psixoloqlar, valideynlər iştirak edəcəklər.

 

Nigar Hüseynzadə qeyd edib ki, təhsilin səmərəliliyini təmin etmək üçün şagird, müəllim və valideyn münasibətləri düzgün şəkildə qurulmalıdır: “Məktəb sadəcə təhsil, təlim ocağı deyil, həmçinin tərbiyə ocağıdır. Tərbiyənin kökü isə ailəyə dayanır. Cəmiyyətə yararlı şəxsiyyətlər yetişdirmək üçün müəllimlər və valideynlər birlikdə fəaliyyət göstərməlidir”.

 

O diqqətə çatdırıb ki, layihə martın 15-dək davam edəcək. Təlimlərdə iştirak etmək istəyənlər layihənin “Facebook” ünvanına müraciət edə bilər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox