Azedu.az

Heç kəs təhsil prosesindən kənarda qalmamalıdır- Emin Əmrullayev

Elm və Təhsil Nazirliyi

5 Fevral 2021, 11:13
Heç kəs təhsil prosesindən kənarda qalmamalıdır- Emin Əmrullayev

“Eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb.

 

O, qeyd edib ki, şagirdlər üçün bütün təhsil imkanları təmin ediləcək:

 

“Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq. Teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrildi. Bu günə qədər 6700-dən çox teledərs hazırlanmışdır. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.

 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox