Azedu.az

Emin Əmrullayev təhsil alan müharibə iştirakçıları ilə bağlı tapşırıq verib    

Elm və Təhsil Nazirliyi

30 Yanvar 2021, 16:35
Emin Əmrullayev təhsil alan müharibə iştirakçıları ilə bağlı tapşırıq verib    

“Ali təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçılarının təhsil haqlarına güzəştlərin edilməsi məsələsi tək Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil”.

 

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

 

O,qeyd edib ki, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilib ki, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı xüsusi yanaşmaları olsun:

 

 

“Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. “YAŞAT” Fondu yaradılıb”. Ancaq hazırda biz də müəyyən qərar layihələrini hazırlamışıq. Müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə hansısa bir irəliyə doğru addım atılacaq”.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox