Azedu.az

Emin Əmrullayev Təhsil İnstitutuna yeni direktor təyin etdi

Elm və Təhsil Nazirliyi

7 Yanvar 2021, 11:20
Emin Əmrullayev Təhsil İnstitutuna yeni direktor təyin etdi

 

 

Təhsil nazirinin əmri ilə Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin edilib.

 

AzEdu.az Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehova istinadən xəbər verir ki,  Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili almışdır. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

Yaxın saatlarda Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcəkdir.

 

 

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox