2020-ci ilin dekabr ayından müəllimlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin mərhələli şəkildə başlanılması nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, imtahanda iştirak edən namizədlər üçün bəzi qaydalar müəyyənləşib.
İmtahan iştirakçılarına saxta sənəd təqdim etmək, sertifikasiyaya özünün yerinə başqasını göndərmək, mobil telefon, digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək və onlardan istifadə etmək qadağandır.
Həmçinin yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına gətirmək, imtahan saatı başlandıqdan sonra hər hansı bir səbəbə görə zalı tərk etmək yenidən geri dönmək, zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq, danışmaq, kiməsə kömək etmək və ya kiminsə köməyindən istifadə etmək , başqasının kompüterinə baxmaq, yaxud şərait yaratmaq, nəzarətçiyə test tapşırıqlarının həlli üçün müraciət etmək və belə hallarla imtahan gedişinə mane olmaq yolverilməzdir.
Namizədlər test mərhələsində iştirak edərkən, müsabiqənin keçirilməsi qaydalarına, müəyyən edilmiş qadağalara əməl etməlidirlər.
Qeyd edək ki, təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı göstərilən tələbləri pozduqda bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Müəllim tərəfindən müəyyən edilmiş tələblərin pozulması halları imtahan başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin iştrakçının nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.