Məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı avqustun 18-dən, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır.
AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda aşağıda qeyd olunan ünvanlara müraciət etmək lazımdır:
- Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;
- Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına;
- Həmçinin, Rayon (Şəhər) Təhsil İdarələrinin (Şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.