Azedu.az

Müsabiqəyə qatılmadan müəllimin yerdəyişməsi həyata keçirilə bilər?-RƏSMİ AÇIQLAMA

Elm və Təhsil Nazirliyi

4 İyun 2020, 15:13
Müsabiqəyə qatılmadan müəllimin yerdəyişməsi həyata keçirilə bilər?-RƏSMİ AÇIQLAMA

“Müsabiqəyə qatılmadan müəllimin yerdəyişməsi  çox nadir hallarda baş verir. Məsələn, müəllimin övladı çox ağır xəstə olarsa və müayinəsi ilə əlaqədar Bakıya gəlməlidirsə, bu hallara fərdi qaydada baxılır. Bu halların sayı il ərzində 10-dan artıq olmur”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirdi. O, bölgələrdəki vakansiya saylarını da açıqladı:

 

“Vakansiya üzrə müəllimlərin yerdəyişməsi onların topladığı ballara əsasən müəyyən olunur. Hansı məktəbə tələbat yüksəkdirsə, onun keçid balı digərlərinə nisbətdə daha artıq olur. 697 vakansiya Bakı şəhəri üçün nəzərdə tutulub. Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonları da vaksiya sayına görə yükdədir. Ən aşağı vakansiya sayı Zaqataladadır(Cəmi 6)”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox