Azedu.az

Ceyhun Bayramov bu il “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib

27 Aprel 2020, 17:45
Ceyhun Bayramov bu il “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib

“Hər şagirdin həyatında son zəng  mühüm yer alır. Belə ki, 11-ci sinif şagirdləri müstəqil həyata addım atmağın astanasındadılar. Düşünürəm ki, onlar vəziyyəti düzgün dəyərləndirəcəklər”.

 

 

 

AzEdu.az xəbər  verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 

 

 

 

O son zəng tədbirlərinin başqa vaxtda keçirilməsini və ya ümumiyyətlə bu il üçün təxirə salınmasını istisna etmir.

 

 

 

“Həmişə olduğu zamanda deyil, başqa vaxtda da Son Zəng tədbirlərini keçirə bilərik. Bəlkə də, bəzi müəllim və şagirdlərimiz yaradıcılıq nümayiş etdirərək bunu onlayn şəkildə keçirəcək. Lakin düşünürəm ki, hər birimiz məsuliyyətimizi dərk edərək kütləvi tədbirlərlə yol verməməliyik."

 

 

 

Qeyd edək ki, 4 may tarixinə qədər təhsil müəssisələrində tədris prosesi dayanıb

İran ermənilərin olduğu məhəlləni vurdu
Son xəbərlərDaha çox