“Ölkədə olan ali təhsil müəssisələrinin rektorları ilə bizim video konfranslarımız oldu., yaz semesterlərinin keçirilməsi, qiymətləndirilməsi ilə bağlı müzakirələr aparıldıq”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operatov Qərargahın brifinqdə deyib.
O qeyd edib ki, universitetdə qiymətləndirmə məsələləri hazırda müzakirə olunur.
“Təkliflər paketi hazırlanır. Qanun çərçivəsində bizim öhdəmizə düşən işlər görüləcək. Digər qanunvericilik orqanlarına lazım olsa təkliflər göndəriləcək. Hər halda çevik metodlarla qiymətləndirmə həyata keçiriləcək."
Qeyd edək ki, Operativ Qərargahın əmrinə əsasən 4 may tarixinədək təhsil müəssisələrində tədris prosesi dayandırılıb.