“Karantin rejiminin yumşaldılması zamanı təhsil sektorunda fəaliyyətin bərpası ilklərdən ola bilməz”.
AzEdu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
C.Bayramov qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələrdən əldə edilən nəticələrə əsasən buna gedilə bilər:
“Ehtiyac olarsa, yay aylarında dəstəkləyici amillərdən istifadə etməklə, dərslərin onlayn rejimdə fəaliyyət göstərməsi və növbəti tədris ilinə keçidi təmin edəcəyik”.