Gələn il Azərbaycan Respublikası Təhsil Nazirliyinə ayrılacaq vəsaitin məbləği müəyyənləşib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 611 min 660 manat vəsait ayrılacaq.
AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd olunub.
Qeyd edilənlərə əsasən, ümumilikdə təhsil üçün 3 milyarddan çox (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.
Zərfdə təhsilə ayrılan ümumi xərclərə - məktəbəqədər təhsil, ümumi təhsil, orta ixtisas təhsili ali təhsil üçün nəzərdə tutulan məbləğlər də daxildir.
Həmçinin, əlavə təhsil üçün 4 milyondan çox (4 362 063 manat) maliyyə nəzərdə tutulub.
Təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə ümumilikdə 940 milyon (940 552 054 manat) büdcə nəzərdə tutulub.