"Biz ümumi təhsil sahasində təmayülləşmənin müsbət nəticələrini hiss etdik. Ötən il 47 min şagird 10-11 -ci sinifdən təmayülləşməyə cəlb olunub".
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-da keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2019-2020 -ci tədris ilindən başlayaraq, yalnız akademik deyil, digər təmayülləşmə qrupları da bura daxil edilib:
"Bu şəbəkənin genişlənməsi ilə bağlı nazirlik hazırlıq işlərinə başlayıb. 33 mindən çox şagird ötən il fənn olimpiyadalarına qatılıb. Ötən il şagirdlərimiz dünya fənn olimpiadalarında 1 qızıl, 17 gümüş və 22 bürünc medal əldə edib. Çalışırıq ki, bu göstəricilərimiz 100 faiz olsun".
Nazir deyib ki, bu il Azərbaycan təhsilində ilkə də imza atılıb:
"STEAM layihəsi də bu il tətbiq edildi. İlk olaraq, 42 məktəbdə təhsil alan 6000 min şagird bu layihələrə iki istiqamətdə cəlb olunub. Növbəti mərhələdə daha 3 modul istiqamət üzrə 20 min şagird bu layihəyə cəlb ediləcək".