Son illər aparılan sosial-iqtisadi siyasət ölkədə inkişafı təmin edib, əhalinin maddi rifahını yaxşılaşdırıb, yoxsulluğun səviyyəsi minimuma endirib və Azərbaycan orta gəlirli ölkələr sırasında yer tutub. Gerçəkləşdirilən islahatlar təhsil sahəsinə də müsbət təsir göstərib.
Ölkəmizdə təhsilə ayrılan məbləğin miqdarı isə artırılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2018-ci il hesabatında bildirilib. Hesabata əsasən, ümumilikdə 4.780-dən çox təhsil müəssisəinin saxlanılması, o cümlədən, əməkhaqqı, təqaüd, kommunal, digər xərcləri qarşılanıb. Həmin müəssisələrdə ilk növbədə işçilərin əməkhaqqı və digər sosial ödənişlərinin vaxtında ödənilməsi nəzarətdə saxlanıb.
AzEdu.az son üç il ərzində dövlət büdcəsindən təhsilə ayrılan maliyyə barədə məlumatı təqdim edir:
2016-cı il: 1754,5 milyon manat;
2017-cı il: 1742,7milyon manat;
2018-ci il: 2168,4milyon manat.
Qeyd edək ki, 2018-ci ildə təhsilə ayrılan vəsaitin 58,4% ümumi təhsilə, 27,7% təhsil sahəsində fəaliyyət göstərən müəssisə və tədbirlərə, 8,1% məktəbəqədər təhsilə xərclənib. Orta-ixtisas təhsilinə 2%, ali təhsilə 2%, peşə təhsilinə 1,6 %, əlavə təhsilə isə 3,9% məvacib ayrılıb.
Ayşə Müseyib