Azedu.az

Məktəbdənkənar təhsil müəssisələri üçün yeni imkan  

Elm və Təhsil Nazirliyi

29 Yanvar 2019, 15:02
       Məktəbdənkənar təhsil müəssisələri üçün yeni imkan         

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin bəzi ödənişlərinin “Hökumət Ödəniş Portalı”na inteqrasiya edilməsi ilə bağlı təqdimat keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələrinin direktorları və baş mühasibləri iştirak ediblər.

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bu sahədə həyata keçirilən islahatlar, strateji hədəflər və görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə daha sonra “Hökümət Ödəniş Portalı”nda məktəbdənkənar təhsil müəssisələrinə yaradılmış yeni imkanlarla bağlı təqdimat keçirilib, fikir mübadiləsi aparılıb.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox