Azedu.az

"Sıradan bir müəllim direktor olmamalıdır"

Təhsil ekspertləri

30 Oktyabr 2025, 13:20
"Sıradan bir müəllim direktor olmamalıdır"

Yeni sistemdə məktəb direktorlarının seçimi prosesində qeyri-formal liderlərin formal lider kimi təyin edilməsi optimal sayılır. Bu barədə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu açıqlama verib. Hazırda sertifikasiyada yüksək bal toplamış şəxslər ilkin seçim mərhələsində nəzərə alınır, digər keyfiyyətlər isə müsahibədə qiymətləndirilir. 

Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

"Direktorların işə qəbul imtahanının tərəfdarı deyiləm. Mənim fikrimcə imtahan formal olmalıdır. Formal və qeyri-formal liderlərin seçimi məsələsində xüsusi diqqət yetirmək vacibdir. Məsələn, nüfuzu yüksək olan müəllim idarəçilik qabiliyyətinə malik olmaya bilər, eyni zamanda yüksək bal toplayan namizəd sosial və idarəçilik bacarıqları zəifdirsə, bu düzgün seçim hesab olunmaz.

Mən təklif edirım ki, magistratura və doktorantura dərəcəsinə də diqqət yetirilsin. Hazırda magistraturaya qəbul zamanı boş yerlərin qalmasının səbəbi, magistr dərəcəsinin əmək fəaliyyəti və sosial statusda ciddi fərq yaratmamasıdır. Məsələn, orta ümumtəhsil məktəbində bir magistr müəllim ilə bakalavr müəllimin əmək haqqı və digər sosial üstünlükləri arasında ciddi fərq yoxdur.

Bu səbəbdən təklif edirəm ki, direktor seçimində magistr dərəcəsi olanlara üstünlük verilsin. Digər nominasiyalar üzrə mərhələlər davam etdirilsin, amma magistr dərəcəsi olan namizədlər əlavə üstünlük əldə etsin.

Qeyri-formal liderlərlə bağlı fikrim belədir: məktəb direktoru mütləq direktor müavinləri arasından seçilməlidir. Yəni, idarəçilik qabiliyyətinə malik olan və konkret nailiyyət göstərmiş direktor müavinlərinə üstünlük verilməlidir. Sıradan müəllimin birbaşa direktor olması düzgün deyil.

Qeyri-formal liderlərin və ya hər hansı bir nominasiya üzrə seçimi tək nüfuz əsasında aparmaq da düzgün deyil.

Əgər qeyri-formal lider məktəb direktoru təyin edilirsə, onun sadəcə nüfuzu deyil, sinfi və məktəbi idarəetmə bacarıqları da qiymətləndirilməlidir. Müəllim sinfi necə idarə etməsi, kollektivlə və valideynlərlə münasibətləri, məktəb resurslarını yönləndirməsi nəzərə alınmalıdır".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox