Azedu.az

"Süni intellekt də elmi işlərdə plagiatın qarşısını ala bilmir"

Təhsil ekspertləri

Magistratura

24 Oktyabr 2025, 16:45
"Süni intellekt də elmi işlərdə plagiatın qarşısını ala bilmir"

Elmi işlərdə plagiat problemi hələ də geniş yayılmış bir məsələ olaraq qalır və akademik dürüstlüyün təmin edilməsində ciddi çağırışlar yaradır.

Bəs plagiatla mübarizə üzrə tətbiq olunan proqram və texnologiyalar akademik dürüstlüyün təminində nə dərəcədə effektivdir?

Məsələ ilə bağlı elm və təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev AzEdu.az-a danışıb. Qeyd edib ki, elmi işlərdə plagiarizm daim mövcud olub:

170821

"Texnologiya nə qədər inkişaf etsə də, plagiarizm müəyyən üsullarla aşkarlanır. Buna rəğmən hələ də bu problem aktualdır.

Bu məsələyə bir neçə aspektdən baxmaq olar. Birincisi, müəlliflərin öz işlərinə düzgün istinad etməməsi və ya ədəbiyyat siyahısında səhvlər etməsi nəticəsində müəyyən miqdarda plagiarizm yaranır.

Plagiarizmin yoxlanılması texnologiyaları əsasən söz ardıcıllığına və mətnin bənzərliyinə əsaslanır. Lakin burada müəyyən istinadlar düzgün qeyd olunmayıbsa, sistem onları plagiarizm kimi göstərə bilər. Yəni, bəzi hallar sadəcə texniki səbəblərdən aşkarlanır, məqsədli deyil.

İkincisi, plagiarizm məqsədli şəkildə də baş verə bilər. Bəzən müəlliflər yazmaqda çətinlik çəkir, başqalarının işlərindən istifadə edir və ya tərcümələrdən yararlanaraq yenilik olmayan məzmunu öz işləri kimi təqdim edirlər. Bu halda, yoxlama prosesində belə hallar üzə çıxır.

Müasir dövrdə süni intellektin yaratdığı imkanlardan istifadə edilən işlərdə də plagiarizm elə süni intellekt vasitəsilə aşkarlanır. 

Plagiarizmin qarşısını almaq üçün marifləndirmə və tərbiyələndirmə işləri mükəmməl şəkildə aparılmalı, elmi cəmiyyətdə və ictimaiyyətdə bu cür hallara qarşı ciddi qınaq olmalıdır ki, plagiarizmin yayılması minimuma endirilsin".

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox