Azedu.az

Ekspert: "Universitet müəllimlərinin əmək haqqı artımı elmi tədqiqatlara bağlıdır"

Təhsil ekspertləri

Universitetlər

Müəllimlər və elm adamları

24 Oktyabr 2025, 15:20
Ekspert: "Universitet müəllimlərinin əmək haqqı artımı elmi tədqiqatlara bağlıdır"

Məktəb müəllimlərinin maaşlarında sertifikasiya səbəbilə artımlar müşahidə olunur. Lakin bu kimi imtahanlar ali təhsil müəssisələrində çalışan müəllimlə aid edilmədiyindən maaşlarında belə bir artım nəzərdə tutulmur.  

Ümumiyyətlə, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin əmək haqları necə tənzimlənir?

Məsələ ilə təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.

"Ali təhsil sahəsində müəllimlərin maaş məsələsi orta təhsilə nisbətən daha sərbəstdir. Universitet rəhbərliyi müəllimlərin əmək haqqını müəyyən edərkən elmi şura qərarına əsaslanır. Bu, həm dövlət, həm də özəl universitetlərdə tətbiq olunur. Məqsəd elmi tədqiqatların keyfiyyətini artırmaq və universitetlərin beynəlxalq rəqabət qabiliyyətini gücləndirməkdir.

Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Neft və Sənaye Universiteti nümunə göstərilə bilər. Universitetlərdə müəllimlərin əmək haqqı obyektiv və ölçülə bilən kriteriyalara əsasən müəyyənləşdirilir. Buraya nəşr olunan jurnalların səviyyəsi (kuartili), beynəlxalq kalibrasiya üzrə məqalələr və digər elmi göstəricilər daxildir. Kifayət qədər məhsuldar elmi fəaliyyət göstərən müəllimlərin əmək haqqı orta göstəricilərdən yuxarı olur.

Orta statistik müəllimlərin əmək haqqı isə ixtisas dərəcəsi, elmi ad və elmi dərəcələrinə görə müəyyən edilir. Burada bir standart müəyyənləşdirmək düzgün olmaz. Dövlət tərəfindən elmi ad və dərəcəyə görə 60-100 manat arasında əlavələr təqdim olunur. Bu, əsasən dövlət büdcəsi çərçivəsində həyata keçirilir.

Belə sistem həm ali təhsildə gənc tədqiqatçıların cəlbini təmin edir, həm də motivasiya baxımından faydalıdır. Hazırda bəzi universitetlər yüksək əməliyyat qabiliyyətinə malik və keyfiyyətli gəncləri işə qəbul edir. Eyni zamanda, məzunların ikili dövlət proqramlarından gələnlər də rəqabət qabiliyyətli davamlı əmək haqqı ilə işləyirlər. Bu tendensiya isə müsbət istiqamətdə inkişaf edir".

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox