Azedu.az

“Xaricdə təhsil yalnız yüksək nəticəli abituriyentlər üçündür”

Təhsil ekspertləri

3 Oktyabr 2025, 11:57
“Xaricdə təhsil yalnız yüksək nəticəli abituriyentlər üçündür”

Son illərdə dövlətin həm ikili proqramlar, həm də bakalavr, magistr və doktorantura səviyyəsində verdiyi dəstək gənclər üçün böyük imkan və stimul yaradır. Sevindirici haldır ki, son illərdə tələbələr dünyanın top 10 universitetinə qəbul olurlar; məsələn, keçən il 135 tələbə Harvard, Stenford, Oksford və Kembric kimi qabaqcıl universitetlərə qəbul olub. Bu tələbələr ölkəyə qayıtdıqda, əldə etdikləri bilik və təcrübə ilə ölkənin inkişafına töhfə verirlər.

Bu fikirləri təhsil eksperti Elçin Süleymanlı AzEdu.az-a açıqlamasında bildirib.

169264

Keyfiyyət və strateji yanaşma

"Ölkədə keçid balını toplaya bilməyənlərin sırf tələbə sayı artırmaq məqsədilə xaricdə təhsil almaları dəstəklənməməlidir. Belə yanaşma inandırıcı deyil və resurs itkisidir. Xaricdə təhsil yalnız yaxşı akademik göstəriciləri olan və dünya səviyyəli universitetlərdə uğur qazanacaq abituriyentlər üçün məqsədəuyğundur.

Eyni zamanda, son illərdə ixtisaslaşma imkanlarının artırılması, plan yerlərinin və dövlət sifarişlərinin genişləndirilməsi təqdirəlayiqdir. Gələcəkdə iş bazarında aktuallığını qoruyacaq ixtisaslar seçilməlidir. Müasir texnologiya və intellektual inkişaf istiqamətinə uyğun ixtisaslar - data analitikası, kiber təhlükəsizlik, sistem mühəndisliyi, alternativ bərpaolunan enerji mühəndisliyi, ekoloji və intensiv kənd təsərrüfatı, aqronomluq biotexnologiya, maliyyə-mühasibatlıq və elektromedia resurslarından istifadə edərək ticarət  və s. dəstəklənməlidir. Bu sahələrdə təhsil alan gənclər həm ölkənin inkişafına töhfə verəcək, həm də gələcəkdə aktuallarını qoruyub saxlayacaqlar".

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox