Azedu.az

“Texnologiya fənnində məişət mövzularına geniş yer verilməlidir”

Təhsil ekspertləri

30 Sentyabr 2025, 14:16
“Texnologiya fənnində məişət mövzularına geniş yer verilməlidir”

Texnologiya fənnindən IX sinif dərsliyinin 1-ci mövzusu "mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları", 2-ci mövzusu isə "ailə büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolu"dur.

Fənnin mövzularla uyğunlaşması barədə təhsil eksperti Elçin Əfəndinin AzEdu.az-a danışıb. Bildirib ki, bu mövzuların tədrisi başa düşüləndir. 

Ünsiyyət və davranış qaydaları hər yerdə vacibdir

"İlk mövzular da məhz bu istiqamətə həsr olunur. Daha sonra isə ailə büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolu kimi məsələləri müzakirə edilir.

Təbii ki, burada da müəyyən biliklərin formalaşdırılması, sahibkarlıq istiqamətində fəaliyyət bacarıqlarının inkişafı nəzərdə tutulur. Bildiyiniz kimi, peşə təhsili sahəsində müxtəlif texnoloji ixtisaslar mövcuddur və bu ixtisasların tədrisi gələcəkdə peşə təhsili alanların bilik və bacarıqlarının sahibkarlıq yönümlü olmasına xidmət edir. Bu baxımdan ilkin mərhələdə mövzuların düzgün müəyyənləşdirilməsi tamamilə anlaşılandır.

“Həyat bilgisi” dərsliyində müxtəlif mövzular müəyyən qədər ümumiləşdirilmiş formada təqdim olunur. Amma texnologiya fənninin daha da təkmilləşdirilməsi, konkret olaraq texnoloji vərdişlərin burada yer almasını görmək mümkündür.

Bu mövzuların müəyyənləşdirilməsi zamanı diqqət yetirilməlidir ki, ilkin mərhələlərdə məişət mədəniyyətinin əsas elementləri öyrədilsin. Çünki texnologiya fənni əslində məişətlə daha sıx bağlıdır. Bu baxımdan mövzuların aydın, məqsədyönlü və praktiki şəkildə təqdim olunması ən doğru yanaşma olar".

Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə
Son xəbərlərDaha çox