Azedu.az

Tam ştatlı müəllimlik modeli: Təhsilverənlərin sayı ciddi azalacaq?

Təhsil ekspertləri

12 Sentyabr 2025, 08:46
Tam ştatlı müəllimlik modeli: Təhsilverənlərin sayı ciddi azalacaq?

Elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə dair keçirilən brifinqdə çıxışı zamanı bir çox məsələlərə toxunub. Onlardan biri də müəllimlərin tam ştat fəaliyyət göstərməsi ilə bağlı olub. 

"Məktəblərdə 45 saatlıq dərs (misal üçün) iki müəllim arasında bölünməlidir. Biz isə 5 müəllim arasında bölürük. Beləcə müəllimə düşən maaş azalır. Çalışırıq ki, müəllimliyi tam ştatlı bir peşə halına gətirək. Çünki 6 saat məktəbdə dərs deyən şəxs müəllim sayılmamalıdır".                          

Əgər məktəblərdə fənn müəlimlərinin sayı azaldılarsa, bu, sahəyə olan marağı da azaltmazmı?

Bu barədə AzEdu.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, məktəblərdə fənn müəllimlərinin sayının az olması və bu azalmanın davam etməsi müəllimlik peşəsinə olan münasibəti zəiflədəcək.

167562

"Belə bir vəziyyət uzun illər müşahidə olundu. Xüsusən oğlan abituriyentlər arasında müəllimlik ixtisasına maraq çox aşağı idi. Sonradan pedaqoji istiqamətdə atılan addımlar və stimullaşdırıcı tədbirlər nəticəsində müəllimliyə maraq artmağa başladı. O qədər artdı ki, indi ildən-ilə pedaqoji ixtisaslara ayrılan plan yerlərinin sayını azaldılır ki, əmək bazarında artıq yüklənmə olmasın".

Müəllim hazırlığında artım bazarın tələblərini üstələyir

"Əslində, yaranmış vəziyyətin səbəblərindən biri də ölkədə uzun müddət 20-yə yaxın universitetdə pedaqoji kadr hazırlığının aparılmasıdır. Bu isə kəmiyyət baxımından çoxluq yaradaraq müəyyən mənada keyfiyyət problemini ortaya çıxarıb.

Mən müəllimlik ixtisasını seçən hər bir şəxsi hörmətlə qarşılayıram. Amma məsələni yalnız pedaqoji baxımdan deyil, həm də əmək bazarının tələbləri çərçivəsində dəyərləndirmək lazımdır. Məsələn, əgər ölkəyə 50 tarix müəllimi lazımdırsa, amma universitetlər 300 tarix müəllimi buraxırsa, deməli, yeddi nəfərdən yalnız biri işlə təmin oluna biləcək. Burada əsas məqam universitetlərin tədris planlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılmasıdır.

Universitetlərdə tələb-təklif uzlaşması olmalıdır. Bu uzlaşma olmadığı üçün bu gün biz bu cür mənfi halların şahidi oluruq. Atılan addımlar isə məhz bu balanssızlığı aradan qaldırmağa yönəlib. Amma bunun nəticələrinin müəllimlik peşəsinə hansı təsiri göstərəcəyini deməyə ehtiyac belə yoxdur, çünki cavab mənfidir".

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox