Azedu.az

Xaricdə təshil üçün ən perspektivli 3 ÖLKƏ

Təhsil ekspertləri

Xaricdə təhsil

11 Sentyabr 2025, 15:10
Xaricdə təshil üçün ən perspektivli 3 ÖLKƏ

Xaricdə təhsil üçün perspektivli ölkələr seçilərkən bir neçə meyar nəzərə alınır: təhsil haqqı, təhsil sistemi keyfiyyəti, yaşam xərcləri və ixtisasın populyarlığı.

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında təhsil üçün ən perspektivli 3 ölkəni sıralayarkən bildirib.

167528

"Mənim şəxsi fikrimə görə, birinci yerdə Almaniya dayanır. Burada Alman dilini bilən hər hansı bir xarici tələbə üçün təhsil demək olar ki, ödənişsizdir. Əgər tələbə C1 və ya B2 səviyyəsində alman dilini bilirsə, dövlət təhsilə tam dəstək göstərir.

İkinci olaraq Skandinaviya ölkələri, xüsusilə Finlandiya və Norveç göstərilə bilər. Bu ölkələrdə təhsil sistemi dünya üzrə yüksək qiymətləndirilir və tələbələr üçün əlverişlidir.

Üçüncü yer isə ixtisasa və maddi imkanlara görə dəyişir. Əgər maliyyə imkanları yüksəkdirsə, Britaniya yaxşı seçimdir, amma orada təhsil haqqı və yaşam xərcləri çox yüksəkdir. Daha əlverişli alternativ isə Çindir. Çin texnologiya və mühəndislik sahələrində inkişaf etmiş ölkələr sırasındadır və kompüter, robot texnikası kimi ixtisaslar üçün perspektivlidir. Tibbi ixtisaslar üçün isə Amerika və Almaniya daha üstündür.

Ümumilikdə, şəxsi sıralamam belədir: birinci yer Almaniya, ikinci yer Skandinaviya ölkələri (Finlandiya, Norveç), üçüncü yer isə Çin. Bu sıralamada həm maddi imkanlar, həm də ixtisas növü rol oynayır".

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox