Azedu.az

Sertifikasiyadan kəsilənlər məhkəməyə üz tutdu: Zərərçəkən onlardır, yoxsa minlərlə şagird?

Təhsil ekspertləri

Sertifikasiya

4 Sentyabr 2025, 15:13
Sertifikasiyadan kəsilənlər məhkəməyə üz tutdu: Zərərçəkən onlardır, yoxsa minlərlə şagird?

Bu ilin iyun ayında keçirilən sertifikasiya imtahanından kəsilən və buna görə işdən çıxarılan 10-a yaxın müəllim Bakı İnzibati Məhkəməsinə müraciət ediblər. Ölkənin müxtəlif regionlarından olan müəllimlər Elm və Təhsil Nazirliyindən, həmçinin regional təhsil idarələrindən işə bərpa edilməyi tələb ediblər.

Sosial şəbəkələrdə bu müəllimlər valideynlərin qınaq obyektinə çevrilib. Belə ki, onlar öz fənnindən keçid balını belə toplaya bilməyən bu şəxslərin nazirliyi məhkəməyə verməsini doğru hesab etməyiblər. 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elmin Nuri hüquqi dövlətdə yaşadığımız üçün hər bir vətəndaşın məhkəməyə müraciət etməsinin onun hüququ olduğunu bildirib.

167127

Sertifikasiya humanitar qaydalar əsasında təşkil olunur

"İddiaçının nə dərəcədə haqlı olub-olmadığını araşdırmaq və lazımı qərarı vermək isə təbii ki, məhkəmənin işidir. Amma subyektiv yanaşmam ondan ibarətdir ki, bizdə artıq 5-ci ildir ki, təşkil olunan Müəllimlərin Sertifikatlaşdırılması prosesi özünün kifayət qədər humanist qaydaları ilə fərqlənir. Minimal nəticəni göstərə bilməyənlər üçün ikinci il əlavə şansın yaradılması, sualların orta, yaxud yüngül dərəcədə hazırlanması 31 və 51 bala görə maaş artımı faizlərinin olması və s. bütün bunlar sertifikatlaşdırılmanın nə dərəcədə humanist qaydalarla təşkil olunmasına bir nümunədir. Amma məsələnin digər tərəfinə baxaq- öz ixtisasını universitetdə 4 il ərzində mənimsəməyə, universitetdən sonra özünüinkişafa borclu olan, illərdir ki, tədris etdiyi predmeti ən azı orta səviyyədə belə dərk etmək öhdəliyi olan bir müəllim minimal balı toplaya bilmədiyi halda özünü zərərçəkmiş qismində təqdim edir. Anlamadım, əgər onlar zərərçəkmişdilərsə və öz fənninin minimal bilgilərini bilməyən birindən illərdir ki, dərs alan həmvətənlərimiz kimlərdir?-Onlar bəs zərərçəkmiş deyillərmi?! 

Onların bu addımı atmağa haqqı varmı?

"Təsəvvür edin, illərlə bir fənni tədris edən, illərlə sinif otaqlarına daxil olaraq yüzlərlə şagirdə məhz həmin fənnin əlifbasını öyrətmək istəyən müəllim çox təəssüf ki, özü həmin əlifbanın tələblərinə cavab verə bilmir. Mən bununla müəllimləri qətiyyən zəif göstərmək fikrində deyiləm. Çünki həqiqətən də öz üzərində yüksək səviyyədə işləyən , tədris etdiyi fənni xırdalıqlarına qədər bilən, hətta sertifikasiyaya hazırlaşmayaraq da çox yüksək nəticə göstərən müəllimlərimiz az deyil. Onların bəzilərini şəxsən özüm də tanıyıram. Amma çox təəssüf ki, minimal tələblərə cavab verə bilməyən müəllimlərimiz də az deyil. Onların sayı 4000-i adlayır, bu isə elə də kiçik rəqəm deyil. Haqqını tələb etmək insan xisləti üçün müsbət göstəricidir. Amma əvvəlcə özümüz də özümüzə sual etməliyik?- Bizim bu haqqı tələb etmək haqqımız doğrudanmı var? 
Razıyam, fənni ilə bağlı minimal həddi aşa bilməyən, hətta ona ikinci dəfə şans verilsə də  belə bundan yararlana bilməyən müəllimləri tamamilə məktəbdən, təhsildən kənarlaşdırmaq olmaz. Bəli, onlara siniflərdə dərs demək, sırf müəllim fəaliyyəti qadağan olunsa da, hər biri ilə ayrı-ayrılıqda söhbətlər aparılmalı və digər bacarıqları yoxlanılmalıdır. Həmin bacarıqlara görə də bu kimi müəllimlər ya məktəbdə əlaqəli işlərdə saxlanılmalı, ya da adekvat iş ünvanlarına istiqamətləndirilməlidirlər. Biz onları da tamamilə silə bilmərik. Amma siz dediyiniz kimi, bu iş  yerlərinin regional tədris idarələri olacağını heç güman etmirəm. Ən azından, bu müəllimlərin həmin regional idarələrdə işəqəbul şanslarının çox olduğunu düşünmürəm".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox