Azedu.az

Repetitorluqda gənc müəllimlər üstünlük qazanır - abituriyentlər onları seçir

Təhsil ekspertləri

3 Sentyabr 2025, 16:27
Repetitorluqda gənc müəllimlər üstünlük qazanır - abituriyentlər onları seçir

Ənənəvi yanaşmada valideynlər daha çox təcrübəli müəllimlərə etimad göstərirlər. Bunun səbəbi illərlə formalaşmış pedaqoji bacarıqlar, nəticələrdə davamlılıq və müəyyən reputasiyadır. Təcrübəli repetitorların imtahan proqramını daha dərindən bilməsi, tələbələr üçün sınaqlardan keçmiş strategiyalar təklif etməsi onların seçilməsində mühüm rol oynayır.

Bu fikirləri təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlamasında bildirib.

167093

İndiki vəziyyət necədir?

"Lakin son illərdə tendensiyada dəyişiklik müşahidə olunur. Belə ki, yeni çıxan mövzular, eyni zamanda də artıq tələbələrin universitetlərdə daha müasir metodlarla dərs tədris etməsi, gənc müəllimlərin repetitor bazarında daha çox görünməsinə şərait yaradır.  Bunun bir neçə səbəbi var: Gənclər daha çox rəqəmsal alətlərdən, interaktiv tədris üsullarından istifadə edirlər. Bu da şagirdlər üçün dərsi daha maraqlı hala gətirir.

Abituriyentlər özlərini gənc repetitorlarla daha rahat ifadə edir, tədris prosesində azad mühit  və xoşbəxt hiss edə bilərlər. Bu vacib məqamlardan biridir. Dəyişən imtahan proqramına və yeni tələblərə tez uyğunlaşa bilirlər.

Beləliklə, seçimin meyarları fərqlidir: valideynlər üçün əsas kriteriya təcrübə və etibarlılıqdır, abituriyentlər isə dərsin maraqlı keçməsi üçün ünsiyyət və motivasiyaya önəm verirlər. Nəticədə, repetitor seçimində balanslı yanaşma ön plana çıxır - müəllimin yaşı və təcrübəsindən çox, onun iş üslubu, nəticələri və şagirdlərlə qurduğu münasibət həlledici olur".

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox