Azedu.az

Kollec hərbi xidməti gecikdirə bilər? - “Təhsilinizi davam etdirə bilərsiz”

Təhsil ekspertləri

3 Sentyabr 2025, 08:52
Kollec hərbi xidməti gecikdirə bilər? - “Təhsilinizi davam etdirə bilərsiz”

“Ümumiyyətlə, yüksək bal toplayıb yanlış seçim edənlər və yaxud da ali təhsil müəssisələrinə müxtəlif səbəblərdən qəbul ola bilməyən abituriyentlərin qarşısında iki əsas yol durur. Ya xarici ali təhsil müəssisələrinə müraciət edəcəklər, ya da yerli ali təhsil müəssisələrində boş qalan yerlərə sənəd verəcəklər. Əgər boş yer yoxdursa və ya qəbul imkanı məhduddursa, o zaman kollec seçimləri gündəmə gəlir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspert xüsusilə də xaricə gedə bilməyən qız abituriyentlərə kolleclərə müraciət etməyi tövsiyə edib:

“Çünki kollecə qəbul olduqdan sonra düzgün ixtisas seçilərsə, iki il ərzində subbakalavr dərəcəsi əldə edib imtahansız universitetlərə keçid imkanı olur. Oğlan abituriyentlərdə isə bir qədər çətinlik yaranır. Belə ki, kollecə qəbul olsalar belə, 18 yaşı tamam olan kimi hərbi xidmətə çağırılırlar. Bu səbəbdən bəziləri kollecdən imtina edir, xaricə yönəlir və ya hərbi xidməti başa vurduqdan sonra təhsili davam etdirməyi düşünürlər.

Amma nəzərə almırlar ki, hərbi xidmətdən sonra buraxılış imtahanı nəticələri qüvvədən düşür və istifadə olunmur. Mənim tövsiyəm budur ki, oğlan abituriyentlər də, əgər xaricə getmirlərsə, topladıqları balı itirməmək üçün kolleclərə müraciət etsinlər. Bir il kollecdə oxuyub, sonra hərbi xidmətə getsinlər, qayıdandan sonra isə kolleci tamamlayıb subbakalavr kimi universitetə imtahansız qəbul ola bilərlər.

Bu, xüsusilə də aşağı bal toplayan oğlan abituriyentlər üçün ən real və praktik yoldur. Çünki bir çox oğlan hərbi xidmətdən qayıtdıqdan sonra ya təkrar hazırlaşa bilmir, ya da işləməyə üstünlük verir və təhsil arxa plana keçir. Kollec yolu isə həm təhsili davam etdirməyə, həm də mövcud balı dəyərləndirməyə imkan verir”.

Xaricə getməyən həm oğlan, həm də qız abituriyentlər üçün ən məntiqli və faydalı yol yerli kolleclərə müraciət etmək, düzgün ixtisas seçərək subbakalavr modeli vasitəsilə gələcəkdə universitetə imtahansız keçid imkanı qazanmaqdır:

“Hazırda kollecə qəbul olan abituriyentlərin əksəriyyəti düşünür ki, “kollecə qəbul olunandan sonra əsgərliyə gedəcəm, bunun nə mənası var?” Amma düşünmürlər ki, kollecə qəbul olduqdan sonra əsgərliyə gedib qayıtdıqdan sonra təhsili davam etdirib kolleci bitirdikdə, universitetə imtahansız qəbul olunma şansları var. Yəni, bu şansı qaçırırlar, bu barədə düşünmürlər. Təbii ki, onların baxış bucağından bu, cazibədar görünməyə bilər. Ona görə də bu mövzunu işıqlandırmağınız çox önəmlidir. Həmin abituriyentlər də bu məlumatdan faydalanaraq kollec seçimlərini edə bilərlər”.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox