Azedu.az

Sertifikasiya: “Müsahibə mərhələsindən imtina etməliyik, ya da...”

Təhsil ekspertləri

Sertifikasiya

22 Avqust 2025, 14:16
Sertifikasiya: “Müsahibə mərhələsindən imtina etməliyik, ya da...”

Təhsilverənlərin sertifikatlaşdırılması iki mərhələdən - test və müsahibədən ibarətdir. Müsahibə mərhələsi 20 dəqiqə davam edir və 4 ballıq şkala üzrə 40 balla qiymətləndirilir. Qiymətləndirmə proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları əsasında aparılır. Qeyd edək ki, müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq.

Ekspert Elmin Nuri bildirir ki, müsahibə mərhələsi bütün bu meyarları əhatə etsə də, ilk iki ildə test mərhələsinin kölgəsində qalmış və formal xarakter daşımışdır. Müsahibənin nəticələrinin əmək haqqına təsir etməməsi onun funksionallığını azaldıb və təhsilalanlar arasında narazılıq yaradıb. Müsahibə birbaşa psixoloji və metodiki bacarıqları ölçsə də, hazırda müəllim üçün praktik faydalılıq yaratmır.

166462

Müsahibə mərhələsi daha da ciddiləşdirilməlidir

"Məsələn, minlərlə müəllimdən yalnız 33 nəfər qeyri-məqbul qiymətləndirilmişdir ki, bu da mərhələnin formallığını göstərir. Test imtahan mərhələsində sadələşdirilmiş tapşırıqların öhdəsindən çətinliklə gələn bəzi müəllimlərin müsahibə mərhələsinin daha sərt və ciddi meyarlarına tam şəkildə, yüksək səviyyədə cavab verə biləcəklərinə inanmıram. Deməli, ya burada müsahibə mərhələsinin özünün təşkili prinsipi, ya da qiymətləndirilməsi meyarı formaldır. Odur ki, istər sertifikasiyanın müsahibə mərhələsi ilə bağlı prinsiplər xeyli praktiki və faydalı olsa da, biz onların müsabiqənin ümumi gedişatına təsirini az görürük. Bu isə aradan qaldırılmalıdır. Çünki müsahibə mərhələsinin meyarları həqiqətən də nəzəri aspektdən mükəmmək hazırlanıb. Bunu mütləq etiraf etməliyik. Amma çox təəssüf ki, müsahibə mərhələsi sertifikasiya prosesinin test imtahanı mərhələsinin az qala, tamamilə kölgəsində qalır. Bu, yolverilməzdir. Biz ya müsahibə mərhələsindən imtina etməliyik, ya da onun təsir gücünü yenidən artırmalıyıq. Qısası, müsahibə mərhələsini daha da ciddiləşdirməli və onu formallıqdan xilas etməliyik".

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox