Azərbaycanda universitetlərin təhsil haqları reallıqdan kifayət qədər uzaqdır. Yüksək bal toplayan abituriyentlər əvvəlki illərə nisbətən daha çox təhsil haqqı ödəyəcəklər.
Bu sözləri Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov AzEdu.az-a bildirib.
Bu il ən ciddi təhsil haqqı artımı Bakı Dövlət Universitetində müşahidə olunub
"II ixtisas qrupunda statistika ixtisası üzrə 200 manat, digər ixtisaslarda isə 100 manat artım qeydə alınıb.
IV ixtisas qrupunda tibb ixtisası üzrə də ciddi artım var. Bu tendensiya bölgə universitetlərində də izlənir. Məsələn, Mingəçevir Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində təhsil haqları 200 manat bahalaşıb.
“Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti və Bakı Slavyan Universitetində də təhsil haqlarının artımı müşahidə olunur. Bu, təhsilin əlçatanlığı baxımından ciddi bir məsələdir”, – deyə Kamran Əsədov vurğulayıb.