Azedu.az

Pedaqoji ixtisaslarda yerlər azalıb - Bu qrupda keçid balları kəskin ARTACAQ

Təhsil ekspertləri

Universitetlər

Şagirdlər

11 Avqust 2025, 08:53
Pedaqoji ixtisaslarda yerlər azalıb - Bu qrupda keçid balları kəskin ARTACAQ

Bu il ali məktəblərə qəbul prosesi ixtisas qrupları üzrə maraqlı dəyişikliklərlə müşahidə olunur. Abituriyentlərin sayı, plan yerlərinin bölgüsü və keçid ballarındakı proqnozlar seçim strategiyasına birbaşa təsir edəcək. 

Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov AzEdu.az-a bildirib ki,  I ixtisas qrupunu seçən abituriyentlər bu il daha şanslıdırlar.

"Bu qrup üzrə ayrılan plan yerlərinin sayı abituriyentlərin sayından iki dəfə çoxdur və nəticədə kifayət qədər boş yerlərin qalacağı gözlənilir. RK altqrupunda hətta 1 abituriyentin iki yerə qəbul olmaq ehtimalı var".

Ödənişsiz təhsil üzrə 200 baldan yuxarı nəticə göstərən abituriyentlər qəbul şansı əldə edə biləcəklər

"Bu səbəbdən, I qrup həm Rİ, həm də RK altqruplarında ən uğurlu ixtisas qruplarından biri hesab olunur və keçid ballarının enməsi proqnozlaşdırılır.

II ixtisas qrupu üzrə abituriyentlər isə ötənilki keçid ballarından 10 bal aşağıdan seçim edə bilərlər. Bu qrupda keçid ballarının 5–10 bal arasında artması gözlənilir.

Ən gərgin vəziyyət isə III və IV ixtisas qruplarındadır. Bu qruplarda 600 bal toplayanların sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Xüsusilə pedaqoji ixtisaslarda plan yerlərinin azalması müşahidə olunur. Məsələn, Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə plan yerləri 100-dən 60-a enib. Oxşar vəziyyət Azərbaycan Dövlət Pedaqoji Universitetində də qeydə alınıb".

Ekspert bildirib ki, bu səbəbdən III ixtisas qrupunda müəllimlik ixtisaslarının keçid balı ötən illə müqayisədə 30-40 bal artacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox