Azedu.az

On minlərlə plan yeri bu səbəbdən boş qalacaq...

Təhsil ekspertləri

8 Avqust 2025, 09:56
On minlərlə plan yeri bu səbəbdən boş qalacaq...

Təhsil prosesində qəbul və ixtisas seçimi mərhələləri abituriyentlərin gələcək taleyini müəyyənləşdirən ən vacib mərhələlərdən biridir. Bu prosesin düzgün planlaşdırılması və vaxtında informasiya təminatı həm seçimlərin keyfiyyətinə, həm də plan yerlərinin dolmasına birbaşa təsir göstərir.

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında paylaşım edərək bildirib ki, bu il 9-illik baza üzrə kolleclərə maraq çox idi:

 "26 mindən çox şagird qeydiyyata düşdü. Amma ixtisas seçimi edənlərin sayı cəmi 11 246 oldu. Plan yerləri 8 min civarında idi. “Bal artımı olacaq” deyirdilər, amma olmadı. Səbəb aydındır: DİM “Abituriyent” jurnalını gec nəşr etdi, seçim üçün az vaxt ayırdı, statistik məlumatları vaxtında vermədi. Ucqar bölgələrdə jurnal vaxtında çatmadı, internet zəif olduğu üçün elektron variant da işləmədi, valideyn-abituriyent məsləhətləşməsi üçün vaxt olmadı.

Eyni səhv magistr qəbulu zamanı da olmuşdu, indi isə ali məktəb ixtisas seçimi üçün təkrarlanır. Avqustun 11-də seçim başlayacaq, cəmi 9 gün vaxt var. Jurnal hələ çıxmayıb, statistik məlumat yoxdur. Belə qısa müddət və gecikmiş informasiya on minlərlə plan yerinin boş qalmasına gətirəcək".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox