Bu il ixtisas seçimi prosesində keçid ballarının artacağı və bəzi ixtisaslarda ciddi rəqabətin yaranacağı gözlənilir.
AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil və qəbul məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu səsləndirib.
O qeyd edib ki, III ixtisas qrupunda rəqabətin bu il daha yüksək olacaq
"Ən yüksək nəticələr məhz bu qrupda müşahidə olunur və bu da keçid ballarının artmasına səbəb olacaq.Ən azı 5-10 ballıq artım gözlənilir. Elə ixtisaslar var ki, orada keçid balı 50 bala qədər yüksələcək. Ümumiyyətlə, bu il III ixtisas qrupu üzrə çox güclü rəqabət müşahidə olunacaq.
Həmçinin digər ixtisas qruplarında da - I, II və IV qruplarda əmək bazarının tələblərinə uyğun ixtisaslarda keçid balları müəyyən qədər arta bilər. Məsələn, IV ixtisas qrupunda biotexnologiya, tibb və stomatologiya ixtisaslarında balların yüksələcəyi proqnozlaşdırılır".
Statistik məlumatlar və ehtimallar abituriyentləri çaşdırmamalıdır
“Məsələn, 300 bal toplayan abituriyentin ali təhsil müəssisəsinə qəbul şansı realdır. Hətta 200 bal toplayan abituriyent belə düzgün ixtisas seçimi etdikdə universitetə qəbul ola bilər. Burada əsas məsələ yalnız bal toplamaq deyil, ixtisas seçiminin də düzgün aparılmasıdır”.