Özəl ali təhsil müəssisələrində də dövlət sifarişi ilə təhsil almaq imkanı var.
Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirir ki, bu yerlər demək olar ki, bütün ixtisaslar üzrə mövcuddur.
Dövlət hesabına özəl universitetdə oxumaq mümkündür
“Demək olar ki, bütün ixtisaslarda dövlət sifarişi əsasında özəl müəssisələrdə də yerlər ayrılır. Sadəcə, həmin yerləri tutmaq üçün, təbii ki, daha yüksək nəticələr tələb olunur.
Dövlət hesabına özəl ali məktəbə qəbul olunduqda, avtomatik olaraq təhsil haqqı dövlət tərəfindən qarşılanır. Yəni burada dövlət sifarişi ilə oxuyan tələbədən hər hansı bir ödəniş - illik təhsil haqqı, müəyyən rüsum və s. tələb olunmur”.