Azedu.az

Yüksək bal, səhv qərar: İxtisas seçimi imtahandan daha ÇƏTİNDİR

Təhsil ekspertləri

28 İyul 2025, 15:12
Yüksək bal, səhv qərar: İxtisas seçimi imtahandan daha ÇƏTİNDİR

İxtisas seçimi mərhələsi abituriyentlər üçün illərlə hazırlaşdıqları prosesin ən həlledici nöqtəsidir. Təəssüf ki, bəzən bu vacib qərar düşünülmədən, emosiyalara və ya sosial təsirlərə əsasən verilir.

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirir ki, abituriyentlərin qəbul balı çox olsa belə, yanlış ixtisas seçimi onların sistemdən kənarda qalması ilə nəticələnir:

“Elə hallar var ki, 650 bal toplayan abituriyent belə qəbul ola bilmir. Bəzən valideynin arzusuyla, bəzən də hansısa tanışın məsləhəti ilə ixtisas seçilir. Amma nəticədə yüksək bal yığan abituriyent belə sistemdən kənarda qalır. Bu çox narahatedici haldır. Çünki bu uşaqlar illərlə hazırlaşır, amma bir neçə günlük seçim prosesi onları geridə qoyur”.

165075

Əmək bazarının tələbləri nəzərə alınmalıdır

"Yalnız bal və universitet adı ilə seçim etmək gələcəkdə peşəkar uğursuzluğa gətirib çıxara bilər.
“Əmək bazarına uyğunlaşmayan ixtisas seçimi abituriyentin işsiz qalması ilə nəticələnir. Mütləq 10-15 il sonranı düşünmək lazımdır. Məşhur ixtisas, məşhur universitet xatirinə seçim edənlər sonradan ya ixtisas dəyişməli olur, ya da diplomla işsiz qalır".

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox