Azedu.az

Yaradıcı düşüncə və tənqidi baxışın inkişafında essenin rolu BÖYÜKDÜR

Təhsil ekspertləri

17 İyul 2025, 14:49
Yaradıcı düşüncə və tənqidi baxışın inkişafında essenin rolu BÖYÜKDÜR

"Ümumiyyətlə, müasir əmək bazarında hətta qəbul zamanı CV-dən tutmuş motivasiya məktubuna qədər yazılı ünsiyyət xarici dil əsas rol oynayır. Esse yazmaq bu bacarığın ilkin təməlini formalaşdırır".

Bu fikri AzEdu.az-a təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında bildirib.

O qeyd edib ki, bunun müəyyən çətinlikləri, risklər var: "Ümumiyyətlə, əgər esse yazmağı öyrədən müəllimlər kifayət qədər hazırlıqlı deyilsə  bizdə bununla bağlı yüksək kadrlar olmalıdır.  Bu proses formal və qeyri-effektiv ola bilər. Yazının keyfiyyəti yox, sadəcə yazılıb-yazılmaması qiymətləndirilirsə, burada məqsəd itə bilər, məsələ qarışa bilər.

Esse də tənqidi yazıya uyğun gələn yazıdır

Qiymətləndirmədə həmişə obyektivlik problemləri məsələsi olur. Esse subyektiv qiymətləndirməyə daha çox yönəlib. Əgər meyarlar dəqiq müəyyən olunmazsa, tələbələr arasında narazılıq və ədalətsizlik hissi yaranır.

Yaradıcı yazı olmalıdır, çalışılmalıdır. Esse də tənqidi yazıya uyğun gələn yazıdır. Yəni, əgər esse yalnız qrammatik səhvlərin yoxlanması ilə məhdudlaşdırılarsa, onda tələbələrdə yaradıcı və məzmunlu yazı bacarığı formalaşmaz. Bu da essenin tətbiqinin əsas məqsədini puç edə bilər.

Esse yazmanın müəyyən mərhələdə məcburi tətbiqi, xüsusilə də bakalavrların birinci-ikinci kurslarında dil fənlərinin tərkib hissəsi kimi müsbət və zəruri məsələ edilə bilər. Lakin bu tətbiqin təlim metodikası, qiymətləndirmə meyarları və müəllim hazırlığı ciddi şəkildə təmin olunmalıdır. Əks halda, bu təşəbbüs kağız üzərində qalar, tələbələrə əlavə yük ola bilər".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox