"Bildiyimiz kimi, sabahdan tələbələrin köçürülməsi (transferi) başlayır. Bunun üçün də cəmi 7 gün vaxt verilib. Çox təəssüflər olsun ki, bəzi ali təhsil müəssisələri tələbələrə transfer üçün tələb olunan sənədləri vermir".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.
Ekspert bidirib ki, loru dilində desək, bəzi universitetlər süründürməçilik siyasətini icra edir:
"Halbuki transfer tələbənin qanuni hüququdur. Dövlət tərəfindən tələbəyə verilən qanuni huququnu Universitet əngəlləyə bilməz. Çox təəssüflər olsun ki, bəzi ali təhsil müəssisələri hazırda transkriptin verilməsini gecikdirir, möhür vurmur.
Belə ali təhsil müəssisələri sadəcə öz adına ləkə salır. Tələbənin transferini əngəlləməkdənsə, təhsilin keyfiyyətini artırmaq daha məqsədli olardı",-deyə R.Nurəliyev söyləyib.