Azedu.az

7318 müəllimin işdən çıxarılması təhsil üçün vacib və doğru addımdır

Təhsil ekspertləri

10 İyul 2025, 14:15
7318 müəllimin işdən çıxarılması təhsil üçün vacib və doğru addımdır

Xəbər verdiyimiz kimi, 7318 müəllimin işinə xitam verilib. Belə ki, 700-ə qədər müəllim birinci iştirakdan sonra uğursuzluqdan ikinci mərhələdə iştirak etməyib və özü işdən ayrılıb. 

Bəs, görəsən ümumilikdə bu rəqəm təhsilin keyfiyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, bu vəziyyət gözlənilən idi:

"Keçən il keçirilən sertifikasiya imtahanında qeyri-məqbul nəticə göstərən müəllimlərə bir il möhlət verilmişdi. Amma həmin möhlətə baxmayaraq, bu il keçirilən sertifikasiya imtahanında da onların bir çoxu yenə də müsbət nəticə əldə edə bilmədi.

Bu vəziyyətdə artıq bəzi qurbanlar verilməlidir. Bu beynəlxalq təcrübədə də qəbul olunmuş bir məsələdir. Çünki bəzi müəllimlərin ixtisas uyğunsuzluğu, bəzilərinin isə ümumiyyətlə keyfiyyətli təhsil göstəricisinin olmaması ortaya çıxır. Düzdür, işində peşəkar olan, amma imtahanda zəif nəticə göstərən müəllimlər də var. Yəni “qurunun oduna yaş da yanar” misalı burada qismən doğrudur.

Lakin qanunvericilik açıq şəkildə göstərir ki, möhlət verilir və bu müddət ərzində müəllim nəticəsini düzəltmirsə, əmək müqaviləsinə xitam verilməlidir.Bu addımın müsbət təsirlərindən biri də vakant yerlərin sayının artması olacaq. Çünki MİQ imtahanından sonra keçirilən müsahibələrdə həmin vakant yerlərə yeni müəllimlərin qəbulu həyata keçiriləcək. Bu da ali təhsil müəssisələrini yeni bitirmiş gənc müəllimlərin işlə təmin olunması üçün yaxşı bir fürsətdir.

Yəni, nəticə olaraq bu qərarın həm təhsilin keyfiyyətinin artırılması, həm də yeni kadrların işlə təmin olunması baxımından müsbət nəticələri olacaq. Sadəcə keçən il ibtidai sinif üzrə 7 minə yaxın müəllim qeyri-məqbul nəticə göstərmişdi. Digər ixtisaslarla birlikdə bu rəqəm 10 min nəfəri keçə bilər. Bu səbəbdən də bu qərar həm gözlənilən idi, həm də təhsil üçün vacib və doğru addımdır".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox