Azedu.az

Plan yerləri azalır: Bu ixtisaslara tələbat OLMAYACAQ 

Təhsil ekspertləri

Tələbələr

Universitetlər

10 İyul 2025, 09:20
Plan yerləri azalır: Bu ixtisaslara tələbat OLMAYACAQ 

"Pedaqoji əsaslı, ictimai-humanitar, sənaye profilli  və qabiliyyət əsaslı ixtisaslara plan yerlərində azalma tendensiyası müşahidə olunur".

Bu sözləri AzEdu.az-a açıqlamasında STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib.

164102

Onun sözlərinə hər il ali təhsil müəssisələrinin ixtisas seçimindən əvvəl Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü sayı çap olunur:

"Həmin 4-cü say əsasən plan yerləri və ixtisasların kodlarından ibarətdir. Amma orada bir neçə başqa vacib faktorlar da var.Məsələn, jurnalın 32-ci səhifəsində dövlət sifarişli plan yerlərinin sayı göstərilir. Yəni hansı ixtisasa nə qədər dövlət sifarişi ayrılıb, ən çox hansılardır və s. bu kimi statistik rəqəmlər yer alır. Hansı ixtisaslarda azalma, hansında artım olmasında orada qeyd olunur. Ümumilikdə statistik göstəricilər verilir.Bundan əlavə, həmin mərhələdə bütün ixtisas qrupları üzrə ayrıca statistik broşuralar da təqdim olunur. Əmin ola bilərsiniz ki, həmin statistik broşuralar və xüsusilə də 4-cü sayın özü plan yerlərinin göstəriciləri istənilən ixtisasın indi və gələcəkdəki əmək bazarındakı mövqeyini göstərir.

Yəni bu gün plan yerləri niyə artırılır və ya azaldılır? Bu, həmin ixtisasa olan tələbatın göstəricisidir. Bu gün plan yerlərini əsasən tələb-təklif prinsipləri müəyyənləşdirir.Artıq bir neçə ildir ki, universitetlərdə ən çox plan yerləri İT-əsaslı ixtisaslara,kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması, informasiya təhlükəsizliyi, kompüter elmlərinə ayrılır. Nəyə görə? Çünki indi və gələcəkdə, süni intellekt dövründə bu sahələrə əsaslı şəkildə kadrlar tələb olunur.Eyni zamanda digər mühəndislik profilli, marketinq menecer və digər praktik ixtisaslara da tələbat artdığından onların da plan yerlərinin çox olduğunu görürük.

"Bir neçə ildir görürük ki, bəzi pedaqoji ixtisaslar üzrə plan yerlərində azalma müşahidə olunur",- deyə E.Nuri fikrinə əlavə edib:

"Çünki MİQ imtahanında kifayət qədər yüksək bal toplayan müəllimlər olsa da, vakansiya sayı azdır. Yəni 5-10 yerə 100-dən çox namizəd iddia edir. Bu da artıq həmin sahədə kadr bolluğu olduğunu göstərir.Bu da diplomlu işsizlərin artımına səbəb olur. Belə olan halda bəzi qərarların verilməsi vacibdir. O cümlədən bəzi ictimai-humanitar ixtisaslar üzrə də gələcək tələbatın azalacağı görünür. Misal üçün, kulturologiya, muzey işi, arxivçilik, sənətşünaslıq, teatrşünaslıq, kinoşünaslıq kimi ixtisaslara ömür həsr etmiş insanlara böyük hörmətimiz var. Amma obyektiv reallıq budur ki, bu ixtisaslara əvvəlki qədər maraq və tələbat yoxdur.

Digər tərəfdən, bəzi tələbələr filologiyanı oxuyub Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyir. Əgər onların düşüncəsi bu yöndədirsə, niyə ayrıca Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası olsun? Eyni vəziyyət coğrafiya üzrə də keçərlidir. Əgər tələbənin məqsədi müəllim olmaqdırsa, onda niyə əlavə olaraq coğrafiya ixtisası da saxlanılsın? Bundan əlavə bəzi sənaye profilli ixtisaslarda da plan yerləri həddindən artıq çoxdur. Məsələn, cihaz mühəndisliyi, metallurgiya və s. Bu sahələrdə də zamanla azalma ola bilər, çünki bu artıq dövrün tələbi ilə bağlıdır. Eyni zamanda bəzi qabiliyyət tələb edən ixtisaslarda da məsələn, incəsənət yönümlü sahələrdə marağın və tələbatın azaldığı müşahidə olunur.Pedaqoji əsaslı, ictimai-humanitar, sənaye profilli  və qabiliyyət əsaslı ixtisaslara plan yerlərində azalma tendensiyası müşahidə olunur".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox