Azedu.az

MİQ imtahanında iştirak edən müəllimlər sertifikasiyadan tam azad edilməməlidir

Təhsil ekspertləri

8 İyul 2025, 14:15
MİQ imtahanında iştirak edən müəllimlər sertifikasiyadan tam azad edilməməlidir

Sosial şəbəkələrdə MİQ imtahanıyla bağlı bir sıra müzakirələr aparılır. Belə ki bəzilərinin fikrincə MİQ imtahanından yüksək nəticə əldə edənlər gələcəkdə sertifikasiya imtahanından azad edilməlidirlər.

Bəs, bu nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə,bu fikir doğrudur, lakin tamamilə azad olunması doğru deyil:

"Onsuz da MİQ imtahanında iştirak edənlərə 3 il möhlət verilir. Yəni onlar 3 il sertifikasiyadan azaddırlar. Bu müddət 3 il yox məsələn, 5 ilə artırıla bilər. Amma tamamilə sertifikasiyadan azad olunması müəllimləri istər-istəməz tənbəlliyə apara bilər.Hansıki biz sertifikasiya imtahanından əvvəl o vəziyyəti gördük. Belə ki, ixtisaslı müəllimlər arasında sertifikasiyadan kəsilənlər oldu. Lakin onlara 1 il şans verilməsinə baxmayaraq həmin müddət ərzində tənbəllik edən bəzi müəllimlər yenidən kəsildi. Bu nəyi göstərir? Sertifikasiya imtahanı müəllimləri dirçəldir, məsuliyyətə sövq edir.

Ona görə mən düşünürəm ki, MİQ imtahanında iştirak edənlərin 5 il sonra sertifikasiyaya cəlb olunması məqsədəuyğundur. Tamamilə azad olunması düzgün deyil, çünki bu istər-istəməz müəllimi tənbəlləşdirəcək.

Bu istiqamətdə təklif verənlər yəqin ki, bu aspekti nəzərə almayıblar. Təklifim budur ki, müddət artırılmaqla 5 il, maksimum 6 il ola bilər. Lakin sonra mütləq sertifikasiyaya daxil edilməlidirlər. Çünki bu imtahan müəllimin məktəbdəki fəaliyyəti dövründəki hazırlığını göstərir.Sertifikasiya imtahanına hazırlaşan müəllim öz ixtisası üzrə çalışır, öz üzərində işləyir.

Bu da onun peşəkar inkişafına səbəb olur. Hətta MİQ imtahanında yüksək nəticə göstərən müəllimlər də sertifikasiyada iştirak etməlidirlər, çünki MİQ-də uğurlu olub, sertifikasiyada kəsilən müəllimlərin də olduğunun şahid olmuşuq".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox