Azedu.az

Diplom eynidir, dəyər fərqli - Dövlət, yoxsa özəl universitetlər?

Təhsil ekspertləri

Universitetlər

25 Aprel 2025, 14:45
Diplom eynidir, dəyər fərqli - Dövlət, yoxsa özəl universitetlər?

"Universitet seçimi ilə bağlı 1000 nəfər arasında apardığım sorğuda cavab eynidir: “Dövlət universitetinə üstünlük verirəm”. Səbəbini soruşanda isə heç özü də bilmir. Halbuki bu gün universitet seçimi sanki adətə, stereotipə çevrilib".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

 

Onun sözlərinə görə, bugünkü şəraitdə özəl və dövlət universitetlərinin təhsili, diplomu arasında elə bir fundamental fərq yoxdur:

 

"Hər ikisinin yaxşısı da var, pisi də. Bu, artıq şəxsi keyfiyyətlərə və universitetin idarəçiliyinə bağlıdır. Bəzən elə dövlət universitetlərində də səviyyəsiz, rüşvətə bulaşmış mühitlə qarşılaşmaq mümkündür. Özəl universitet deyəndə isə bəzilərinin ağlına dərhal “çox bahalı” obrazı gəlir, amma bu da mifdir. Hazırda yalnız Xəzər, Azərbaycan və Qərbi Kaspi Universitetində illik ödəniş doğrudan da yüksəkdir, digərlərinin qiyməti isə dövlət universitetlərindən fərqlənmir.

Gəldik diplom məsələsinə. İstər dövlət, istər özəl universitet olsun, diplomu eyni nazirlik verir, eyni hüquqi qüvvəyə malik möhür vurulur. Bir sözlə, iş axtaranda sənə baxanda “bu dövlət diplomudur, bu özəl” deyən yoxdur. Əsas olan özünü necə inkişaf etdirməyindir, hansı universitetdə hansı bilik və bacarıqlara yiyələndiyindir.

Bəlkə də vaxt gəlib ki, seçimi şablonlarla, köhnə təəssüratlarla yox, real imkan və nəticələrlə edək. Çünki artıq diplomun arxasında hansı universitetin adı yazılmasından daha vacibi, həmin universitetdə sənin hansı dəyərlərlə, hansı biliklərlə yetişdiyindir".

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox