2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib;
Tərəqqi liseyi 66 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edir;
Tələbə və magistrant olarkən bir neçə müsabiqənin iştirakçısı və qalibi olub;
2016-cı ildən 2024-cü ilə qədər BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında böyük laborant vəzifəsində çalışıb;
BDU-da işləyərkən Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. 2014-cü ildən Dövlət İmtahan Komissiyası ilə əməkdaşlıq edir;
2017-ci ildə "Folklorşünaslıq" ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olub;
2021-2024-cü illərdə BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə əvəzçi müəllim kimi çalışıb;
2024-cü ilin MİQ müsabiqəsində topladığı balla ərazi üzrə birinci, ölkə üzrə 3-cü yerə çıxıb;
Hazırda "Tərəqqi" texniki-humanitar liseyində müəllim kimi fəaliyyət göstərir;
Çoxsaylı konfransların iştirakçısı, bir neçə konfransın təşkilatçıları sırasında olub;
Türk xalqlarının gənclərinin iştirakı ilə baş tutan beynəlxalq tələbə qurultayının (" I UluslararasıTürkbilim öğrenci kurultayı" ) layihə rəhbərlərindən olub;
01-19 iyul 2019-cu il tarixlərində Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğunun keçirdiyi, Azərbaycan, İraq, Qazaxıstan, Tatarıstanın müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla, ümumilikdə 67 müdavimin qatıldığı “Türkiye Türkçesi Öğretimi Metot ve Teknikleri Hizmet İçi Eğitim Kursu”nda qrup birincisi olub;
2020-2021-ci illərdə Yunus Əmrə İnstitutunun keçirdiyi "Türk dili kursu"nu müvəffəqiyyətlə bitirmişdir. 29 iyun - 3 iyul 2020 tarixlərində YUNESKO üzrə Türkiyə Milli Komissiyasının, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Dərnəyinin və Hacı Bayram Vəli Universitetinin Formal və qeyri-formal təhsildə qeyri-maddi mədəni irs - YUNESKO kafedrasının birgə təşəbbüsü ilə keçirdiyi “Gələcəyə qeyri-maddi gələcək mədəni irs pəncərəsindən baxmaq” mövzusunda virtual yay məktəbinə imtahan verərək seçilmiş, kursu sertifikatla bitirib;
Gülnar Axundova 50-ə yaxın məqalə və tezisin müəllifi, bir neçə kitabın redaktor və korrektorudur;
Hazırda rus bölmələri üzrə "Azərbaycan dili" dərs vəsaiti üzərində çalışır.